Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Агали ✔ᴼᴿᴵᴳᴵᴻᴬᴸ - Sarışan Hallar | Текст песни

boyum olardı dizdən,qırlı,damlı evimizdə.
yadıma gəlir yaşlı ağac vardı köhnə həyətimizdə.
danışım sizə,gecə oyanıb gizlin,
budaqlarına parça asıb ev diləməyimizdən.
yanıb,tütür uşaqlığım bütün,
7 yaşda ciyərlərimə qonaq elədim tütün.
utanırdım xəstəliyimi başqa kimsə görsün,
dodaqlarımı kəsib,qanını yanaqlarıma sürtürdüm.
"tir-tap" olub çürüy evimin poluna,
yalvarıram mənlə ol amma mənə olannan olma.
bəlkə göylər almaz məni,
özüm qanlı tüpürcəyimi sürtürdüm köynəyimin qoluna.
soruşsalar ki "Şəhri,varmı arzun?"
gecə babamın ruhu gəlib saçımı sığallasun.
pəncərəni də açıq qoysun arxasıyca.
istərəm ki, o gedən kimi məni də küləy aparsun.

verse 2.
istəmirəm sağalmağıma gərəy dərman içim.
yolundadır görsün həkim,müalicəm keçir.
səhərə qədər tir-tir əsib,diksinirəm,soyuqdu mənə.
nolsun ki,döşəyim düz böyründədir peçin.
oynamaq istəyirəm hərdən orda,
islanardı corablarım,meyl çəkir,sora da,
buz kimi dondurma,bir də bol kremli torta.
arzularımı yerinə yetir,rahat yatım gorda.
4 tərəfim dost tanışla dolsun,
gecə gündüz baxışlarıvı zillə qapıya,nolsun?
bir nəfər də zəng eləmir,hal əhvalımı sorsun.
telefonum da varmı ki heç zəng eliyənim olsun?
bulud olsam küləylərdə axsam,
göylərdən seyr eliyim,bilim ki,sən sağsan.
arada bidənə baş çək mənə qardaş.
yalannan da olsa denən "sağalacaqsan".

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-