Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Miri Yusif - Mən Gedəcəm | Текст песни

Mən həmin o itirilmiş vicdan
Mən xoşbəxtlik axtaran insan
Çox yorulmuşam bu yollardan
Səhnələrdən,pərdələrdən və rollardan
Bir gün gəlib ellərə köçəcəm buralardan

Hamımız möhtacıq Tanrının rəhminə
Dua et ki,düşməyək fələyin sehrinə
Ya Rəbb! Göndər mərhəmətindən bəndələrin qəlbinə
Qoy bitməsin sevgilər necə ki bitdi Zaur və Təhminə

Gəmilər aparır bizi tənha limana
Səmalar çağırır bizi sirli cahana
Əlvida demədən bu qəddar zamandan mən gedəcəm
(Ölənəcən mən sevəcəm)

Gəmilər aparır bizi tənha limana
Səmalar çağırır bizi sirli cahana
Bağışla,ay ata,bağışla,can anam,mən gedəcəm
(Nələri tərk edəcəm)

Mən daxili qocalmış aslan
Mən bağları saralmış bağban
Xəstə könlümdə hər an üsyan
Mən bezmişəm köksüz bitən yalanlardan,uydurulma qəhrəmanlardan

Hamımız möhtacıq Tanrının rəhminə
Dua et ki,düşməyək fələyin sehrinə
Ya Rəbb! Göndər mərhəmətindən bəndələrin qəlbinə
Qoy bitməsin sevgilər necə ki bitdi Zaur və Təhminə

Gəmilər aparır bizi tənha limana
Səmalar çağırır bizi sirli cahana
Əlvida demədən bu qəddar zamandan mən gedəcəm
(Ölənəcən mən sevəcəm)

Gəmilər aparır bizi tənha limana
Səmalar çağırır bizi sirli cahana
Bağışla,ay ata,bağışla,can anam,mən gedəcəm
(Nələri tərk edəcəm)

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-