Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

|Eyyub Yaqubov - Yagish| | Текст песни

Pesni.guru - сайт для Гуру

Yağış

Yağış yağır bu şəhərə, gör nə gözəl bir gecədir,
Bir sən, bir mən bu şəhərdə, bir də yağışlı gecədir.
Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir,
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

Bu gün göylər nəğmə deyir, ürəyində sözü varmış,
Bu məhəbbət nəğməsini görən hardan bilir yağış.
Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir,
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

Nəqarət:
Bəlkə göylər bu torpağa sevgisindən söhbət açır,
Yağış yağır, bu şəhərin gözlərindən yuxu qaçır.
Bu şəhər də, bu yagış da, bu gecə də bizimkidir,
Bu gecədən bizə baxan o səhər də bizimkidir.

Saçlarında, əllərində damcıların parıltısı,
Qəlbimizə axıb gedir bu yağışın pıçıltısı.
Yağış yagır bu ki, göyün sevgimizə heyrətidir.
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

Bu gün göylər nəğmə deyir, ürəyində sözü varmış,
Bu məhəbbət nəğməsini görən hardan bilir yağış,
Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir.
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

Nəqarət
Nəqarət


Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
  • Eyyub Yaqubov "Elvida Cemile" Eyyub Yaqubov "Elvida Cemile"
    Eyyub Yaqubov "Elvida Cemile". Veabab ... Music. "Elvida Cemile" by Eyyub Yaqubov ...
  • Baki Kuleyi - Eyyub Yaqubov Baki Kuleyi - Eyyub Yaqubov
    Baki Kuleyi - Eyyub Yaqubov .... Баку Baku Baki Дождь Yağış Yaqish Eyyub Yaqubov - AZ 4 - by ...