Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Aydan - Zəmanənin İşlərinə | Текст песни

\"Demokratiya naminə incəsənət\" (Art for democracy) kampaniyası tərəfindən keçirilmiş mahnı müsabiqəsində 1-ci yerin qalibi...

Aydan - Zəmanənin işlərinə

Görəndə ki satıcı oğruyla sözləşib
Biləndəki oğru polislə birləşib
Kasıb, fağır bir alıcı fikirləşib
Uzaqlaşır bazardan düşməmiş şərə
Ağlayıram zəmanənin işlərinə
Müəllim var pul üstündə həddin aşır
Tələbə ki gecə-gündüz hazırlaşır
İmtahanda bir turş üzdən qorxub çaşır
Neyləsin beş yazılırsa bir əlliliyə
Ağlayıram zəmanənin işlərinə
Bu zəmanədə hamı vurur hamı yıxır
Yıxmayanlara camaat bir cür baxır
Alicənab olanların yeri naxır
Hamı rəngli maska taxır sifətinə
Ağlayıram zəmanənin işlərinə
Həkimə möhtac olanların bəxti qara
Təzə-təzə şirin dillə salar tora
Kasıbsansa yerin verər əzrayıla
Əzrayıl da pul istəyir əməlinə
Ağlayıram zəmanənin işlərinə
Döyüş olsa mərdi gedər, namərd qalar,
Min bir yolla ancaq cibini doldurar
Kasıb görsə acılayıb yola salar
Kafe açsa adın qoyacaq “Qələbə”
Ağlayıram zəmanənin işlərinə

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-