Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ali Khayyam - Nur | Текст песни

Bir qış gecəsi tapılmışdı
Əlləri arxadan bağlı cəsədim
Vətəndir bu, “gəl” demişdi, getmişdik
Siyasətçi “öl” dedi, öldük
Ən çox bu üşüdürdü cəsədimi
Qizlədilmiş şeirlərim var idi,
Xalqların qardaşlığı naminə
Dörd divardan daha çox
Ağlamasın deyə qadınım, gizlətdim
Ən çox bu ağrıdırdı inanclarımı
Xoşbəxtliyimi oğurlamışdılar uşaqlıqda
“Məsciddə gizlətmişik” dedilər
Getdim, “dindarsan, səcdəyə!” dedilər
“Aynalı binada gizlətmişik” dedilər
Getdim, “fəhləsən, işlə” dedilər
Sonra yağmur damlasında düşdü ovcuma
Tapdım, “oğurladın, öl” dedilər
Kitablarımı yandırdılar sevgilim, kitablarımı yandırdılar
Fikirlərimi, şeirlərimi, gözlərimi yandırdılar
Dağlara sürgün elədilər, dağlara
Bir neçə dığa əlində oyuncaq oldu insanlığım
Çeynədilər saqqız kimi
Sonsuz qadınlarıq biz, yəni, bu bir neçə milyon
Heç bir idea doğa bilməyən
Vətən sevgisi ərsəyə gətirə bilməyən
Sonsuz qadınlarıq, elə sən də, lap elə mən də
Kökümüz eyni, budağımız fərqliydi onlardan
Onların bahalı evlərində ucuz qadınları
Bizim qadınlarımız su, evimiz alovdan
Tanrı eşqi parçaladıqca məni zərrə-zərrə səmaya
Və çevirdikcə bu biçarə canımı bir səmazənə
Gülümsəyərsə əgər bir gün günəş, yaxınlaş
Pıçıldayacam qulağına, gizlincə harada rəqs elədiyimi
Sevgili
Bu Seyru Sülukdə nə canlar yandırdı eşq, nə qədər izdirab
Leyliyə bulandı daş şəhərlər
Sufi o qədər zəngin olarki, öləndə nə çadır, nə yas?
Bircə, “Nur içində yat” deyərlər...
Yenə dolub gözləri buludların
Havadan məsnəvi qoxusu gəlir
Oyan yuxudan, ölməyin vaxtı deyil
Fəth ediləsi çox ürək var, dur əynivi geyin
Pul altında əzilmiş kişiciklərin meydanında
Yatıb qalmış müharibə saatının yanında
Gözləyirəm səni
Oyan qadam, oyan
İndi heç qəhrəman olmağın da vaxtı deyil.
Mən torpaqdanam, torpaq alovdan
Alov olsam, Şəmsdən qeyri nə yandırar günəşi?
Rəngsiz bayraqlarını tutdullar əllərinə, ilahi
Qələmi, hörməti, vicdanı qırdılar, ilahi
Dur İlahi, əsəbləş bu bəşəriyyətə
Çevir daşa, yandır bizləri, ilahi
Yenə dolub gözləri buludların
Havadan vicdan qoxusu gəlir
Deyəsən söz verib buludlara
Uzaqlardan bir peyğəmbər gəlir

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
  • Ali Khayyam - Nur Ali Khayyam - Nur
    Audio by Ali Khayyam performing "Nur" poem. © 2015, MadHouse Community, LLC. Səs ...
  • Ali Khayyam - Nur (lyrics) Ali Khayyam - Nur (lyrics)
    Ali Khayyam - Nur. Sözləri ilə. Əlaqə: http://goo.gl/qUUYHs.
  • Ali Khayyam - Nur (unofficial clip) Ali Khayyam - Nur (unofficial clip)
    Ali Khayyamın "Nur" şeirinə filmlərdən uyğunlaşdırılmış klip. İstifadə olunmuş filmlər; Andrei ...
  • Ali Khayyam - Ulduzlara Uzanmaq Ali Khayyam - Ulduzlara Uzanmaq
    Audio by Ali Khayyam performing "Ulduzlara Uzanmaq" poem. © 2015, MadHouse ...
  • Ali Khayyam - Oğru Ali Khayyam - Oğru
    Audio by Ali Khayyam performing "Oğru" poem. © 2015, MadHouse Community, LLC. Səs ...
  • Ali Khayyam - Hardansan? Ali Khayyam - Hardansan?
    Video by Ali Khayyam performing Hardansan. © 2014, MadHouse Community, LLC ...
  • Ali Khayyam - Huriler Ali Khayyam - Huriler
    Audio by Ali Khayyam performing "Huriler" poem. © 2015, MadHouse Community , LLC ...
  • RG & Ali Khayyam (MADRASSA: Live) RG & Ali Khayyam (MADRASSA: Live)
    Ali Khayyam - Nur (lyrics) - Duration: 4:23. by Emil Rey 222 views. 4:23. Eli Xeyyam ( Ali ...